• Dünya • Səhiyyə • Sosial • Gündəm

"Pandemiya qadınlara daha çox zərər verib" - ÜST baş direktoru

156
8-03-2021, 22:40

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qadınların pandemiyadan daha çox zərər gördüyünü bildirib.

BAKU.NEWS xəbər verir ki, o, pandemiya dövründə qadınların kişilərdən daha çox iş yerlərindən məhrum olduqlarını söyləyib.

"Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər. Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq".

Onun sözlərinə görə, qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından əlavə yük düşüb. ÜST rəhbəri qeyd edib ki, qlobal pandemiyanın nəticələri daha çox qadınlara təsir edib.

FACEBOOK ŞƏRH YAZ