• Hadisə • Gündəm • Bölgə • Hava

Qar Gədəbəydə çətinliklər yaratdı

236
8-03-2021, 21:23

Yağan qar dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan, qoşqulu yük avtomobili yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib.

Belə ki YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində, yolun müəyyən bir hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün müəyyən işlər görülüb. Nəticədə yük maşını hərəkətini bərpa edərək yoluna davam edə bilib

FACEBOOK ŞƏRH YAZ