• Cəmiyyət • Gündəm

Yol polisindən xanımlara 8 Mart sürprizi - FOTOLAR

196
8-03-2021, 21:47

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ənənəvi aksiya keçirib.

Faktor.az xəbər verir ki, aksiya zamanı yol hərəkəti qaydalarını pozan xanım sürücülər saxlanılıb, onlara törətdikləri xətalar barədə izahat verilib, təbliğat xarakterli söhbətlər aparılıb. Eyni zamanda pandemiya qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra həmin xanım sürücülərə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin adından hədiyyələr təqdim edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, sürücülərlə yanaşı Baş Dövlət Yol Polisi İdarəsi küçə və prospektlərin hər zaman təmizliyi ilə məşğul olan xanımları da yaddan çıxartmayıb. Onlar da yol polisi tərəfindən təbrik edilib, maarifləndirici söhbətlər aparılıb. Ümumilikdə də 200-dən çox sürücü və yolların təmizliyi ilə məşğul olan xanımlar yol polisi tərəfindən təbrik edilib.

Qeyd edək ki, "Ağ Çiçəyim" və "156" yükdaşıma şirkəti aksiyaya dəstək verib.











FACEBOOK ŞƏRH YAZ