• Dünya • Sosial • Gündəm • Koronavirus

Gürcüstanda bəzi məhdudiyyətlər aradan qaldırılır

158
8-03-2021, 19:39

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar ötən ilin noyabrın 28-dən tətbiq olunan məhdudiyyətlərin bir hissəsi martın 8-dən aradan qaldırılır.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, bu gündən ölkə ərazisindəki bütün restoranların qapalı otaq və kupelərdə fəaliyyətinə icazə verilir.

Eyni zamanda dağ kurortları açılır, alış-veriş mərkəzləri və yarmarkaların şənbə və bazar günləri də fəaliyyəti bərpa olunur.

Bununla belə, Koordinasiya Şurasının qərarına əsasən, axşam saat 21:00-dan səhər 05:00-dək mövcud olan hərəkət məhdudiyyəti – komendant saatı qüvvədə qalır.

FACEBOOK ŞƏRH YAZ