Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
BAKU.NEWS xəbər verir ki, iclasda "ULTRA TV"MMC-nin abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi (İP TV) yayımı üçün lisenziya alınması barədə müraciətinə baxılıb və müraciətə müsbət cavab verilib.
Beləliklə "ULTRA TV"-ə müddətsiz lisenziyanın verilməsi təmin edilib.
Qeyd edək ki, bu gündən Azərbaycanda HD görüntü ilə 250-dən çox telekanalı əhatə edəcək "ULTRA TV" teleyayım şəbəkəsi istifadəyə verilib. Yeni nəsil IPTV-ni kabelsiz və antensiz dünyanın istənilən yerindən qoşularaq izləmək mümkündür. Belə ki, cəmi 5 Mbit/s internetinizin olması kifayətdir ki, siz populyar film , xəbər, idman, uşaq və əyləncə kanallarını HD görüntü ilə izləyə bilərsiniz.
"Ultra TV" öz abunəçiləri üçün daha üstün komfortu və funksionallığı ilə seçilir. Belə ki, 250-dən çox telekanalı əhatə edən "ULTRA TV"-nin arxiv bazasının olmasıdır. Yəni abunəçilər kanalları istənilən vaxt arxivdən izləyə bilərlər.
Bununla yanaşı "ULTRA TV"-ə qoşulan abunəçilərə kampaniya çərçivəsində izləmə cihazı pulsuz olaraq verilir. Abunəçilər gün ərzində qoşulma imkanı əldə edir və 24 saat texniki dəstək xidməti fəaliyyət göstərir.
"ULTRA TV"-ə qoşulan abunəçilər aylıq abunə haqqlarını online və ya ödəniş terminallarından edə bilərlər.
Daha ətraflı məlumat almaq üçün www.ultratv.az saytına daxil olmaq və ya (050) 242-72-55 nömrəsinə zəng etmək olar.
"ULTRA TV" - Dünyanı evimizə daşıyacaq!
• İqtisadiyyat
• Gündəm
MTRŞ "ULTRA TV"-ə müddətsiz lisenziya verdi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
XİN-dən Minsk Qrupu həmsədrlərinin bəyanatına - Reaksiya
-
Erməni general ölüb
-
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti
-
“Araz Supermarket” cərimələnib
-
Nigarın atası və anası koronavirusa yoluxub
-
Əhali 3 ayda 10 milyard manata yaxın pul xərcləyib
-
“Ermənistan nə özünə, nə də tarixinə güvənir”
-
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
-
Son üç ayda nazirlik 150,7 min elektron arayış verib
-
Azərbaycanda COVID-19-dan ölənlərin sayı 4045 nəfərə çatıb
-
İndiyədək ölkədə 3068679 koronavirus testi aparılıb
-
Son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib