Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın sədri İlham Əliyev bir neçə təyinat həyata keçirib.
BAKU.NEWS xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Qeyd edək ki, yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə, həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək.
Əlavə edək ki, Mərkəzi Aparatın rəhbəri T. Budaqov Dövlət Statistika Komitəsinin sədridir. 1965- ci il təvəllüdlü komitə sədri sözügedən vəzifəni 6 ildir ki icra edir. O, 1999-cu ildən YAP Siyasi Şurasının üzvü olub.
• Siyasət
• Gündəm
YAP-a rəhbər şəxslər təyin olundu - Sərəncam

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
-
Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında qalmaqal yaratdı - VİDEO
-
UEFA rusiyalı referini futboldan kənarlaşdırdı
-
Makron, Merkel və Zelenski müzakirə aparacaq
-
Türkiyədə koronavirusdan ölüm sayında rekord
-
ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək
-
XİN-dən Minsk Qrupu həmsədrlərinin bəyanatına - Reaksiya
-
Erməni general ölüb
-
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti
-
“Araz Supermarket” cərimələnib
-
Nigarın atası və anası koronavirusa yoluxub
-
Əhali 3 ayda 10 milyard manata yaxın pul xərcləyib