Millət vəkili Arzu Nağıyev pandemiya ilə əlaqəli olaraq ölkədə Novruz bayramından öncə qapanmanın gözlənildiyini bildirib.
BAKU.NEWS xəbər verir ki, Redaktor.az-a açıqlama verən A.Nağıyev vəziyyət belə davam etsə karantin qaydalarının yenidən sərtləşdirilməsinin vacib olduğunu vurğulayıb:
“COVID-19 pandemiyası ilə mübarizədə bizim bir neçə yolumuz var, bunlar sosial məsafəni saxlamaq, maskadan istifadə etmək, gigiyenanın qorunması və vaksinasiya olunmaq. Ümumi testlərin və yoluxanların sayına baxsaq görərik ki, hələ tam şəkildə bu prosesin sona çatması yaxın zamanda gözlənilmir. Bu gün problem var, artım günü-gündən çoxalır. Belə getsə düşünürəm ki, qapanmalara qayıdacağıq".
Millət vəkili Bakı metropoliteninin açılması məsələsinə də toxunub:
“İnsanlardan çox şey asılıdır, hər bir vətəndaş ciddi şəkildə sadaladığımız üç məsələyə riayət etsə, niyə də metro açılmasın?! Amma bəzi insanlar var ki, hələ də biganə yanaşırlar. Təssüflər olsun ki, bu gün vaksinləşməyə belə inanmayanlar var”.
• Cəmiyyət
• Gündəm
• Koronavirus
"Artım günü-gündən çoxalır, qapanmalara qayıdacağıq"

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ramazanın 3-cü gününün duası: İmsak və iftar vaxtı
-
“Hər vətəndaş 40 günə 1 maska istifadə edir”
-
TƏBİB rəsmisindən koronavirusdan ölüm sayı ilə bağlı - AÇIQLAMA
-
Polşa və Rusiya diplomatları qarşılıqlı deportasiya etdilər
-
“Üçüncü dalğanın pik həddindəyik, bundan sonra yoluxma azalacaq”
-
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
-
Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında qalmaqal yaratdı - VİDEO
-
UEFA rusiyalı referini futboldan kənarlaşdırdı
-
Makron, Merkel və Zelenski müzakirə aparacaq
-
Türkiyədə koronavirusdan ölüm sayında rekord
-
“Albert Rıjiy” dəfn olundu - FOTO
-
ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək