• Dünya • Hadisə • Gündəm

İngiltərədə Dünya Müharibəsindən qalan bomba tapıldı, 2600 ev təxliyyə edildi

146
27-02-2021, 20:37

İngiltərənin Ekseter şəhərində II Dünya Müharibəsindən qalan partlamamış bomba səbəbindən 2 min 600 ev təxliyyə edilib.

BAKU.NEWS “Sputnik”ə istinadən xəbər verir ki, bombanın zərərsizləşdirilməsi istiqamətində işlər davam edir.

Polis bölgənin təhlükəsizlik qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

Bomba dünən səhər saatlarında şəhərdəki universitet kompleksinin qərbindəki ərazidə tapılmışdı.

FACEBOOK ŞƏRH YAZ