• Siyasət • Dünya • Gündəm

ABŞ Səudiyyə Ərəbistanı ilə silah müqavilələrinin ləğvinə hazırlaşır

156
27-02-2021, 17:57

ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına silah satışı müqavilələrini “insan haqlarının tapdanması ilə əlaqədar qayğılar” səbəbindən ləğv etməyi nəzərdən keçirdiyi bildirilir.

BAKU.NEWS bildirir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən xəbər verib. 

Bildirilib ki, Yəməndəki mülki şəxslərin ölümlərinə görə yarım milyard dollarlıq silah müqavilələrini təxirə salan Vaşinqton Ər-Riyadla gələcəkdəki ticarəti də müdafiə silahları ilə məhdudlaşdırmağı planlaşdırır.

Qeyd olunub ki, Bayden ölkəsinin ən yaxın müttəfiqi olan, ancaq insan haqlarının tapdanması məsələsində ən çox mübahisə mövzusu olan Səudiyyə Ərəbistanı ilə əlaqələri yenidən formalaşdırmağa çalışır.

ABŞ XİN-dən deyilib ki, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünü və xalqını qoruması üçün lazım olan yardımı göstərəcəklər, ancaq Yəməndəki müharibəni başa çatdırmağı hədəfləyiblər.

FACEBOOK ŞƏRH YAZ