Ermənistan Prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı Baş nazir Nikol Paşinyana geri qaytarıb.
Bu barədə BAKU.NEWS “Sputnik Ermənistan”a istinadən xəbər verir.
Fərman layihəsi hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun nəticəsində onun Konstitusiyaya zidd olduğu qərara alınıb.
“Bir daha təsdiq edirik ki, Prezident heç bir siyasi gücə tərəf durmur. O, qərarı ancaq dövlət və ümummilli mənafeləri əsas tutaraq qəbul edib. Şübhəsiz, Silahlı Qüvvələr siyasi məsələlərdə bitərəfliyi qoruyub saxlamalıdır”, - Prezidentin mətbuat xidmətinin məlumatında deyilir.
Sarkisyanın sözlərinə görə, hərbi əməliyyatlarla əlaqədar Silahlı Qüvvələrin bu gün həmişəkindən daha çox yardım və diqqətə ehtiyacı var. Ordu və şəxsi heyətin problemlərinin həlli prioritetdir və nəzərə alınmaya bilməz.
Prezident qeyd edib ki, yaranmış vəziyyət misilsizdir və sistemli və hərtərəfli qərarlar tələb edir, tez-tez kadr dəyişiklikləri ilə həll oluna bilməz.
Qeyd edək ki, qərar qəbul etmək üçün Armen Sarkisyanın üç gün vaxtı var idi, müddət bu gün saat 00:00-da başa çatacaqdı.
İndi Baş nazir öz qərarını geri götürməsə və yenidən Prezidentin imzalanmasına göndərərsə, sonuncu sənədin Ermənistan Respublikasının əsas qanununa uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezidentə göndərib.
• Siyasət
• Dünya
• Gündəm
Sarkisyan Paşinyanın qərarını rədd etdi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Azərbaycanda COVID-19-dan ölənlərin sayı 4045 nəfərə çatıb
-
İndiyədək ölkədə 3068679 koronavirus testi aparılıb
-
Son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
-
ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib
-
Bakıda daha bir müəllim koronavirusdan vəfat edib
-
Azərbaycanın tibbi maska ehtiyatı açıqlanıb
-
Aydan ərə getdi
-
Balakəndə tənha qadının evinə silahlı basqın edildi
-
Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb
-
"YAŞAT" daha bir şəhidin yeni doğulan övladına hesab açacaq
-
Azərbaycanda 39 yaşlı şairə xərçəngdən vəfat edib
-
Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR