• Siyasət • Dünya • Gündəm

Aİ Cənubi Qafqaz nümayəndəsinin səlahiyyət müddəti ilə bağlı qərar verdi

164
26-02-2021, 22:21

Avropa İttifaqı altı xüsusi nümayəndəsinin səlahiyyət müddətləri ilə bağlı qərar verib.

BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın da səlahiyyət müddəti artırılıb.

O, bu vəzifəni daha 12 ay icra edəcək.

Qeyd edək ki, T.Klaar 2017-ci ildən bu vəzifəyə təyinat alıb.

FACEBOOK ŞƏRH YAZ