• Dünya • İdman • Gündəm

“Barselona” son dəqiqədə xal itirdi

444
21-02-2021, 19:40

İspaniya La Liqasının 24-cü turunun növbəti oyunu keçirilib.

BAKU.NEWS xəbər verir ki, “Barselona” öz meydanında “Kadiz” klubunu qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı meydan sahibləri 32-ci dəqiqədə açıb. Hakimin təyin etdiyi penaltini Lionel Messi dəqiq yerinə yetirib.

Birinci hissə Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Fasilədən sonra "Barselona" üstünlüyünü davam etdirsə də, “Kadiz” əsas vaxtın başa çatmasına bir dəqiqə qalmış hesabı bərabərləşdirməyə nail olub. 

Bu nəticədən sonra xal ehtiyatını 47-yə çatdıran “Barselona” turnir cədvəlində üçüncü yerdə, “Kadiz” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.

FACEBOOK ŞƏRH YAZ