• Mədəniyyət • Qarabağ • Gündəm

Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlandı - VİDEO

1 057
13-02-2021, 23:42

Şuşada Bülbülün evinin ilkin bərpa layihəsi hazırlanıb.

BAKU.NEWS-un xəbərinə görə, bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb:

“Müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin  üzvü Tural Zeynalov tərəfindən evinin onlayn bərpası hazırlanıb.

Şuşa şəhərində olan 850-dən çox tarix və mədəniyyət abidələrinin layihə-smeta sənədləri hazırlanıb, abidələrə dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanaraq, dövlət qrumlarına təqdim ediləcək”.

Qeyd edək ki, Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov – red.) Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq artisti olub.

FACEBOOK ŞƏRH YAZ