• Mədəniyyət • Hadisə • Qarabağ • Gündəm

Ermənilər Natəvanın yaşadığı sarayı da talan ediblər - FOTOLAR

1 011
31-01-2021, 14:26

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə Xan qızı Natəvanın yaşadığı sarayda olub.

BAKU.NEWS-un məlumatına görə, fotoqraf Cavanşirlər nəslinin ermənilər tərəfindən talan edilmiş sarayından fotolar paylaşaraq yazıb:

“Mən Xurşudbanu Natəvanın yaşadığı, şeirlərini yazdığı, Şuşaya su kəməri çəkməyi planlaşdırdığı Sarayda 1992-ci ildə olmuşdum. Onun şeirləri üçün ilhamlandığı pəncərənin qarşısında dayanmışdım.

Cavanşir Xan Sarayı şəhər ermənilər tərəfindən işğal edilənə - 1992-ci ilin mayına qədər ev muzeyi olub. 2020-ci ilin dekabrında mən Şuşaya qayıtdım və dəhşətə gəldim. Muzeyin daxilindəki hər şey talan edilmiş, saray dağıdılmış və həyəti donuz otlağına çevrilmişdi. Nə üçün?”.

FACEBOOK ŞƏRH YAZ