• Siyasət • Köşə • Gündəm

Şuşada tətbiq edilən yeni idarəetmə forması nümunəvi model rolunu oynayacaq

1 371
29-01-2021, 10:43

İşğaldan azad olunmuş ərazilərimizdə yeni mülki idarəetmənin tətbiqi olduqca əlamətdar bir hadisədir .  Bu vaxta qədər ayrı-ayrı güc strukturlarının nümayəndələri azad olunmuş ərazilərimizdə fəaliyyətə başlasalar da mülki idarəetmənin forması və funkisiyası müəyyən edilmənişdi.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ əvvəlki çıxışlarında bu mövzu ilə bağlı danışarkən bildirmişdi ki , işğaldan azad edilmiş ərazilərimizə elə idarəetmə forması tətbiq ediləcək ki , o gələcəkdə digər ərazilərimiz üçün də model təşkil etsin . Ona görə də Şuşaya Azərbaycan Prezidentinin xüsusi numayəndəsinin təyin edilməsi əslində həm də  ölkəmizdə yeni idarəetmə institutunun yaradılması kimi qiymətləndirilə bilər .Prezident İlham Əliyev  tətbiq edilən yeni formanı Prezidentin xüsusi nümayəndəsi institutu adlandırdı .Yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır və olduqca çevik və səmərəli idarəetmə forması hesab edilə bilər .Çünki yeni forma dövlət bürokratiyasından kənar birbaşa tabeçilik əsasında həyata keçiriləcək . Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək.

Hazırda Azərbaycanın tarixi böyük qayıdış planı kimi bir planı var və o artıq icra edilməkdədir .2021-ci ilin büdcəsində bu qayıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2.2 milyard maliyyə vəsaiti ayrılıb . Sürətli və səmərəli qayıdışın təmin edilməsi də paralel olaraq sürətli , çevik və şəffaf idarəetmə tələb edir.

Yeni idarəetmə forması həm də oz funksionallığı ilə bu vəzifənin öhdəsindən gələcək . Şuşaya xüsusi nümayəndəsini təyin edən Azərbaycan Prezidenti onun qarşısında mühüm vəzifələr də qoydu .Bu hər şeydən öncə Şuşa şəhərinin tarixi görkəminin, tarixi  mədəni və dini abidələrimizin bərpa olunması , ənənəvi festifallarımızın və poeziya genlərimizin keçirilməsi , Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş şəhərimizin bütün infrastruktutunun modern əsaslarda yenidən qurulması  və .s kimi mühüm işlərlə bağlı idi .Ona görə də bəribaşdan söyləmək mümkündür ki , Şuşada tətbiq edilən yeni idarəetmə forması və orada görülcək işər işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə də tətbiq edilməklə nümunəvi model rolunu oynayacaq .

Millət vəkili
Hikmət Babaoğlu

FACEBOOK ŞƏRH YAZ