Şri-Lankada hindu “sehrbaz”ın hazırladığı koronavirusa qarşı “müqəddəs məhlul”u içən və digərlərinə də tövsiyə edən ölkənin səhiyyə naziri Pavitra Vanniaraççinin koronavirus testinin cavabı müsbət çıxıb.
BAKU.NEWS bildirir ki, “Haber Global”ın məlumatına görə, Şri-Lanka Səhiyyə Nazirliyi Vanniaraççinin xəstəxanaya yerləşdilidiyini bildirib.
Qeyd edək ki, ötən ay paytaxt Kolombo yaxınlığındakı Keqalle kəndində cadu və türkəçarə ilə məşğul olan yerli “sehrbaz”lardan biri COVID-19-a qarşı ömür boyu müdəfiə edəcək bir içki hazırladığını bəyan etmişdi. O bildirmişdi ki, bir gecə yuxusunda hindu tanrısı Kaalini görüb və tanrı ona balla hind qozu qarışığı içki hazırlayaraq insanları xəstəlikdən qorumağı məsləhət bilib.
Cadugərə inanan nazir özü “sehrli məhlulu” içdikdən sonra hər kəsə məsləhət görüb və bunun ardından Keqalle kəndinə böyük insan axını başlanıb.
• Dünya
• Səhiyyə
• Gündəm
• Koronavirus
Koronavirusa qarşı “müqəddəs məhlul”u içən səhiyyə naziri xəstəxanaya yerləşdirildi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Bu gün Yel çərşənbəsidir
-
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyonu ötdü
-
"Pandemiya qadınlara daha çox zərər verib" - ÜST baş direktoru
-
Türkiyədə əməliyyat keçirildi - 74 nəfər saxlanıldı
-
Goranboyda avtomobil motosikletlə toqquşdu
-
Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi
-
Əksər rayonlarda qar və yağış yağıb
-
Yol polisindən xanımlara 8 Mart sürprizi - FOTOLAR
-
Qar Gədəbəydə çətinliklər yaratdı
-
Daha bir ölkədə koronavirusun “Braziliya” ştammına yoluxma qeydə alındı
-
"Görmək istəmirəm" - Mətin Şəntürk
-
“Neftçi” “Keşlə”yə qalib gəldi