Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov şəhərindəki qocalar evində baş vermiş yanğında 15 nəfərin həlak olması ilə əlaqədar ölkədə milli matəmin elan edilməsi haqqında fərman imzalayıb.
BAKU.NEWS “RİA Novosti”yə istinadən bildirir ki, sənəd dövlət başçısının saytında dərc olunub.
“21 yanvar 2021-ci ildə Xarkov şəhərindəki qocalar evində baş vermiş və insan tələfatına səbəb olmuş yanğın faciəsi ilə əlaqədar olaraq, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün qərara alıram: 23 yanvar, 2021-ci ildə Ukraynada matəm günü elan olunsun", - fərmanda deyilir.
Fərmana əsasən, matəm günü Ukraynanın bütün ərazisində dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, dövlət müəssisələri, idarələri və təşkilatlarının binalarında dövlət bayraqları endiriləcək, əyləncə və konsert tədbirləri ləğv ediləcək, televiziya və radio verilişlərində müvafiq dəyişikliklər ediləcək.
• Siyasət
• Dünya
• Gündəm
Zelenski Ukraynada milli matəm elan etdi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Gəncədə avtobus minik maşını ilə toqquşdu, yaralılar var - FOTOLAR
-
İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
-
Röya daha bir layihəsini təqdim etdi - VİDEO
-
“ABŞ-ın sanksiyalarına yaxın vaxtda cavab verəcəyik” - Zaxarova
-
Vilayət Eyvazovdan yeni TƏYİNAT
-
“Elmar Vəliyev deyilənləri dərk etmir”
-
MTRŞ "ULTRA TV"-ə müddətsiz lisenziya verdi
-
Bakıda bu ərazilərdə tıxac var - FOTOLAR
-
Ərdoğan Merkellə görüşdü
-
Neftin qiyməti 69 dollara çatır
-
Pandemiyanın bitəcəyi tarix açıqlandı
-
Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB