“Sosial mediada dərslərin niyə həftədə 3 dəfə keçirilməsi barədə suallar verilir”.
BAKU.NEWS-un verdiyi xəbərə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, pandemiyaya görə bir partada 2 şagird otura bilmir: “Buna görə də siniflər bölünür və artıq həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Pandemiya şəraitində ən vacib olan sıxlığın idarə olunmasıdır. Verilən qərarlar yaradıcılıqdan yox, zərurətdən yaranıb. Amma bütün məktəblərdə sıxlıq eyni deyil. Məktəblərin yarısında şagird sayı 20-dən çox deyil. Ölkədə cəmi 315 sinifdə 40-dan çox şagird var, o siniflərlə ciddi problemimiz olacaq. Amma bu siniflər ölkədəki şagirdlərin 0,4 faizini təşkil edir”.
Nazir bildirib ki, 5-9-cu siniflər və orta təhsilin digər səviyyələri ilə bağlı qərarlar fevralın 8-də və ya 15-də verilə bilər. Burada tarix yoluxma statistikasından asılı olaraq dəyişəcək.
• Təhsil
• Sosial
• Gündəm
Nazir dərslərin niyə həftədə 3 dəfə keçirilməsinə aydınlıq gətirdi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Vilayət Eyvazovdan yeni TƏYİNAT
-
“Elmar Vəliyev deyilənləri dərk etmir”
-
MTRŞ "ULTRA TV"-ə müddətsiz lisenziya verdi
-
Bakıda bu ərazilərdə tıxac var - FOTOLAR
-
Neftin qiyməti 69 dollara çatır
-
Pandemiyanın bitəcəyi tarix açıqlandı
-
Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB
-
“Adam gərək dəli olsun oraya pul qoysun” – İlham Əliyev
-
Yeni fındıq emalı fabriki yaradılır
-
YAP-a rəhbər şəxslər təyin olundu - Sərəncam
-
Həbsdə olan qazi azadlığa buraxıldı
-
Su hövzələrində balıqlar niyə tükənir? - AÇIQLAMA