• Siyasət • Dünya • Gündəm

Tramp yeni partiya qurmağa hazırlaşır?

149
20-01-2021, 16:30

ABŞ Prezidenti Donald Trampın son vaxtlar yaxın çevrəsi ilə yeni bir siyasi partiya qurma məsələsini müzakirə etdiyi iddia olunur.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı iddianı “Wall Street Journal” qəzeti gündəmə gətirib.

Qəzetin yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, bu gün Ağ Evlə vidalaşmalı olan Trampın qurmaq istədiyi partiyanın adı “Patriot Party” (Vətənsevər) olacaq.

Qeyd edək ki, Tramp tərəfdarlarının ABŞ Konqresinə basqınından sonra bir sıra Respublikaçılarla münasibətləri gərginləşib.

FACEBOOK ŞƏRH YAZ