• Siyasət • Gündəm

Zərif Azərbaycana səfər edəcək

154
20-01-2021, 19:31

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistana səfər edəcək.

BAKU.NEWS bildirir ki, bu barədə “Fars” agentliyi xəbər verib. Məlumata görə, onun turnesi gələn həftəyə planlaşdırılıb.

“Gələn həftə Qafqaza və Rusiyaya səfər etməyi planlaşdırıram”, - deyə Zərif bildirib.

Siyasətçinin sözlərinə görə, o, Dağlıq Qarabağ böhranına və bölgədə sülh və sabitliyin bərqərar edilməsi vəziyyətinə kömək etmək üçün əməkdaşlıq edə biləcək ölkələrə səfər etmək istəyir.

Zərif Cənubi Qafqaz ölkələrinə və Rusiyaya səfərlərin dəqiq tarixini açıqlamayıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zərifin Moskvaya yanvarın 26-da səfər edəcəyini bildirmişdi.

FACEBOOK ŞƏRH YAZ