• Siyasət • Gündəm

Prezident Administrasiyasının nümayəndəsi REAL-ın qərargahında

164
20-01-2021, 15:30

Ötən gün Respublikaçı Alternativ Partiyasının (REAL) ofisində Prezident Administrasiyasının Qanunvericilik hakimiyyəti və siyasi partiyalarla əlaqələr şöbəsinin sektor müdiri ilə görüş keçirilib.

BAKU.NEWS Virtualaz.org-a istinadla bildirir ki, partiyanın sədri İlqar Məmmədovun sosial şəbəkələrdəki rəsmi səhifəsində dərc edilmiş bəyanatında belə deyilir.

Görüş zamanı hakimiyyətlə REAL Partiyası arasında siyasi dialoqun növbəti mərhələlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Partiyanın siyasi komitəsinin üzvü Natiq Cəfərli və partiyanın sədri İlqar Məmmədov ölkədə demokratik cəmiyyətin möhkəmləndirilməsi üçün bu cür dialoqun və əməkdaşlığın vacibliyini qeyd ediblər.

FACEBOOK ŞƏRH YAZ