“Eurovision 2011” qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti duetini təqdim edib.
BAKU.NEWS xəbər verir ki, sənətçilərin “Şəhidlər” adlı klipi “Youtube” video portalında paylaşılıb. Musiqisi İsmayıl Əsədova, sözləri Zəminə Xınalıya məxsus mahnının videosunda Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.
“Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik”, - deyə Nigar Camal bildirib.
Qeyd edək ki, mahnının videosu Rasif Əliyevə, aranjimanı isə Samir Sultanova, yayım hüququ isə “mikpro”ya məxsusdur. Onu da bildirək ki, müğənnilər bundan öncə “Nəfəsim, qəlbim” adlı duet təqdim etmişdilər.
• Sosial
• Gündəm
Nigar Camal və Aygün Bəylər bu dəfə şəhidlərə mahnı həsr etdi - VİDEO

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Gəncədə avtobus minik maşını ilə toqquşdu, yaralılar var - FOTOLAR
-
İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
-
Röya daha bir layihəsini təqdim etdi - VİDEO
-
“ABŞ-ın sanksiyalarına yaxın vaxtda cavab verəcəyik” - Zaxarova
-
Vilayət Eyvazovdan yeni TƏYİNAT
-
“Elmar Vəliyev deyilənləri dərk etmir”
-
MTRŞ "ULTRA TV"-ə müddətsiz lisenziya verdi
-
Bakıda bu ərazilərdə tıxac var - FOTOLAR
-
Ərdoğan Merkellə görüşdü
-
Neftin qiyməti 69 dollara çatır
-
Pandemiyanın bitəcəyi tarix açıqlandı
-
Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB