Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.
Bu barədə BAKU.NEWS-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar. Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.
• Cəmiyyət
• Gündəm
Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
"8 Mart"da məktəblərdə pulyığılması ilə bağlı nazirlikdən açıqlama
-
Ərdoğan Azərbaycanla ticarət sahəsində əməkdaşlığı asanlaşdıran sazişi təsdiqlədi
-
Yaponiyanın ən yaşlı şahzadəsi xəstəxanalıq oldu
-
Bakıda 31 yaşlı qadın bıçaqlandı
-
YAP-ın tərkibi yenilənir - Növbədənkənar qurultayın tarixi açıqlandı
-
İnstaqramda yeni funksiya
-
Füzulidə tikilən aeroportu idarə etmək üçün yeni şirkət yaradıldı
-
Kafe-restoranlarda ən çox hansı qaydalar pozulub?
-
Siyəzəndə meyvə-tərəvəz mağazası yanıb
-
Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
-
Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
-
Pandemiya dövründə Empati