• Mədəniyyət • Hadisə • Gündəm

Eldar Quliyev infarkt keçirdi

520
18-01-2021, 15:23

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib. 

BAKU.NEWS bildirir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. 

Bildirib ki, Xalq artisti hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib:

"Ötən gün infarkt keçirən rejissor sözügedən xəstəxananın kordiloji şöbəsinə aparılıb, vəziyyəti qənaətbəxşdir, insanları tanımaqda çətinlik çəkir". 

Qeyd edək ki, Eldar Quliyevin bu gün 80 yaşı olur. 

FACEBOOK ŞƏRH YAZ