İran hökuməti tərəfindən Xəzər dənizi və Fars körfəzi sahillərinə səyahətlərin artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
BAKU.NEWS xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata görə, İran Koronavirusla Mübarizə İdarə heyətinin sədri Əli Rza Rəisi epidemiyanın azalmasından sonra insanların qaydalara riayyət etmədiklərini deyib.
"Tədbirlərə əməl edilmədiyi təqdirdə, epidemiyanın dördüncü dalğası fevral ayının ortalarında görülə bilər. Baş verən hər dalğa 8-10 min arası ölüm hadisələrinə səbəb olur. Karantin qaydalarına riayyət olunmasa, yenidən qaydalar daha da sərtləşdirilə bilər”, - deyə Rəisi bildirib.
İranda son sutkada 96 nəfər ölüb, ümumilikdə ölüm sayı 56,717-ə yüksəlib.
Qeyd edək ki, İranda noyabr ayında günlük ölüm sayı 500-ə çatmışdı. Ölüm və yoluxma sayının artması səbəbi ilə İran hökuməti karantin qaydalarını bir çox əyalətlərdə sərtləşdirmişdi.
• Dünya
• Gündəm
• Koronavirus
İran hökuməti koronavirusun dördüncü dalğası ilə bağlı çağırış etdi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Bu gün Yel çərşənbəsidir
-
Türkiyənin məşhur aktyoru vəfat etdi
-
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyonu ötdü
-
"Pandemiya qadınlara daha çox zərər verib" - ÜST baş direktoru
-
Türkiyədə əməliyyat keçirildi - 74 nəfər saxlanıldı
-
Goranboyda avtomobil motosikletlə toqquşdu
-
Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi
-
Əksər rayonlarda qar və yağış yağıb
-
Yol polisindən xanımlara 8 Mart sürprizi - FOTOLAR
-
Qar Gədəbəydə çətinliklər yaratdı
-
Daha bir ölkədə koronavirusun “Braziliya” ştammına yoluxma qeydə alındı
-
"Görmək istəmirəm" - Mətin Şəntürk