• Dünya • Gündəm • Koronavirus

Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər öldü

139
16-01-2021, 21:57

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 168 nəfər ölüb. 

BAKU.NEWS xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 550 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr  8 005, ağır xəstələr isə 2 265 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 380 665 nəfər COVID 19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 254 052 nəfər sağalıb, 23 832 nəfər isə ölüb.

FACEBOOK ŞƏRH YAZ