Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib.
BAKU.NEWS xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Unikal.org-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb.
• Cəmiyyət
• Hadisə
• Gündəm
13 saylı "zon"dakı məhkumun ölüm səbəbi açıqlandı

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verib
-
Röya daha bir layihəsini təqdim etdi - VİDEO
-
“ABŞ-ın sanksiyalarına yaxın vaxtda cavab verəcəyik” - Zaxarova
-
Vilayət Eyvazovdan yeni TƏYİNAT
-
“Elmar Vəliyev deyilənləri dərk etmir”
-
MTRŞ "ULTRA TV"-ə müddətsiz lisenziya verdi
-
Bakıda bu ərazilərdə tıxac var - FOTOLAR
-
Ərdoğan Merkellə görüşdü
-
Neftin qiyməti 69 dollara çatır
-
Pandemiyanın bitəcəyi tarix açıqlandı
-
Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB
-
“Adam gərək dəli olsun oraya pul qoysun” – İlham Əliyev