• Cəmiyyət • Hadisə • Gündəm

Bakıda restoran yanıb - Yanğın sönüdürülüb - VİDEO/YENİLƏNİB

959
2-01-2021, 15:26

Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “50 Qəpik” restoranında yanğın söndürülüb.

*Saat 15:08

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir".

*Saat 14:42

Nərimanov rayonu, Keşlə bazarının yaxınlığında yanğın hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, REAL-ın hadisə yerində olan əməkdaşı bu barədə məlumat verib.

Yanğın Əliyar Əliyev küçəsində yerləşən “50 Qəpik” adlanan restoranda başlayıb.

FACEBOOK ŞƏRH YAZ