• Gündəm • Mədəniyyət

Milli Kitabxanada “Əli bəy Hüseynzadə-155” adlı sərgi açılıb

95
24-02-2019, 17:14

Fevralın 24-də Milli Kitabxanada ictimai fikir tarixində, milli ideologiyanın formalaşmasında, ədəbiyyatın və mətbuatın inkişafinda əhəmiyyətli rol oynamış Azərbaycan mütəfəkkiri və ədibi Əli bəy Hüseynzadənin anadan olmasının 155 illiyi münasibətilə “Əli bəy Hüseynzadə-155” adlı sərgi açılıb.

Kitabxanadan Baku.News-a bildirilib ki, sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, ictimai-siyasi məzmunlu məqalələri, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

FACEBOOK ŞƏRH YAZ