Serbiya “Dəhliz 11” yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro (207 milyon dollar) məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır.
BAKU.NEWS “SeeNews” nəşrinə istinadən bildirir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“170 milyon avro həcmində borcun ödənilməsi Serbiyanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini 0,42 faiz bəndi azaldaraq 58,5%-ə endirəcək”, - Vuçiç deyib.
Serbiya Prezidentinin sözlərinə görə, borc bu ilin sonunadək, ən geci 2021-ci ilin əvvəlində Azərbaycana ödəniləcək.
Qeyd edək ki, Serbiya Azərbaycan hökumətindən 2012-ci ildə “Dəhliz 11”in tikintisi üçün 300 milyon avro məbləğində kredit alıb. Tikinti işləri Azərbaycanın “Azvirt” inşaat şirkəti tərəfindən həyata keçirilib.
• Dünya
• İqtisadiyyat
• Gündəm
“Azərbaycana 207 milyon dollar ödəyəcəyik” - Serbiya Prezidenti

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı
-
Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb
-
Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var
-
Filippində hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
-
İran hökuməti koronavirusun dördüncü dalğası ilə bağlı çağırış etdi
-
Fransada etiraz aksiyasında qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb
-
Gəncədə azyaşlı qız dəm qazından boğulub
-
"Erməni ordusunun bərpasına azı 2-3 il lazımdır" - Vazgen Manukyan
-
"Hirkanda baş vermiş yanğın lokallaşdırılıb"
-
“TRT World” 44 günlük müharibəyə həsr edilmiş xüsusi veriliş hazırladı - VİDEO
-
Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər öldü
-
Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi