İkinci Qarabağ müharibəsinin başlaması ilə mayor Zaur Rəhimovun da arzusu reallaşıb.
BAKU.NEWS Xezerxeber.az-a istinadən məlumat verir ki, Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancasına vuruşan xüsusi təyinatlı dəstənin komandiri, torpaqlarımızın işğaldan azad olunması üçün bu böyük fürsəti əldən verməyib. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə boynundan qəlpə yarası alıb. Həkimlərin cərrahi müdaxiləsindən sonra qəlpə çıxarılıb, cəsur döyüşçümüz bu hadisədən heç 10 gün keçməmiş yenidən cəbhəyə yollanıb.
Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan zabitimiz Murovdağ silsiləsi və Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. O, Şuşanın alınmasında aktiv iştirak edib. Elə ikinci dəfə də Şuşada yaralanıb.
Lerik rayonu, Veri-Əliabad kəndində anadan olan Zaur Rəhimov 7 qardaşdan biridir. Qardaşlardan 5-i Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, 3-ü isə yaralanıb.
• Cəmiyyət
• Qarabağ
• Gündəm
• Hərbi
Mayor Zaur Rəhimov dəfələrlə yaralandı, amma döyüşdən qalmadı - VİDEO

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Azər Həsənsoy: "Operativ Qərargah "operativ" adını doğrultmur"
-
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
-
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəldi - VİDEO
-
Daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
-
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTOREPORTAJ
-
Kəlbəcərin icra başçısı 20 Yanvar şəhidinin ailəsini ziyarət edib
-
“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan
-
Prezident Administrasiyasının nümayəndəsi REAL-ın qərargahında
-
"Günay Sığorta" nizamnamə kapitalını 7% artırır
-
“Qorbaçov cəzasını almalıdır” - Allahşükür Paşazadə
-
20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO
-
3200-dən çox şəxsə sosial-psixoloji dəstək göstərilib - FOTOLAR