2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verməsi barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.
ANAMA-dan BAKU.NEWS-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub:
"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır".
• Hadisə
• Qarabağ
• Gündəm
Füzulidə minaya düşənlərin meyitləri təhvil verildi - FOTO

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı
-
Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb
-
Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var
-
Filippində hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
-
İran hökuməti koronavirusun dördüncü dalğası ilə bağlı çağırış etdi
-
Fransada etiraz aksiyasında qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb
-
Gəncədə azyaşlı qız dəm qazından boğulub
-
"Erməni ordusunun bərpasına azı 2-3 il lazımdır" - Vazgen Manukyan
-
"Hirkanda baş vermiş yanğın lokallaşdırılıb"
-
“TRT World” 44 günlük müharibəyə həsr edilmiş xüsusi veriliş hazırladı - VİDEO
-
Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər öldü
-
Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi