• Cəmiyyət • Gündəm

Düşmənə qan udduran cəsur tankçımız - FOTOLAR

177
27-11-2020, 12:37

Vətən müharibəsinin qəhramanlarını tanıtmaqda davam edirik. Bu dəfə tank komandiri Həmidli Həmid barədə danışacağıq. 

BAKU.NEWS xəbər verir ki, 2019 - cu ildə "Ordunun Ən Yaxşı Tank Bölüyü Komandiri " seçilmiş Həmid ikinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyinə görə fərqlənib. Düşmənin bir sıra texnikalarını və 100-dən artıq şəxsi heyətini məhv edib.

Baş leytenant olan Həmid Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanır. Gecədən səhər işıqlanana qədər döyüşən igidimiz döyüş meydanında qalan yaralıları gözünü qırpmadan çıxarır.

Hər zaman öndə gedən Həmidin dediklərindən:

"Yanımda, ya da qucağımda şəhid olanları görəndə özümü itirmədən düşündüyüm tək o olurdu ki, bölüyümü başıma yığıb sağ-salamat təhlükəli yerdən çıxarmalıyam"

Baş leytenant tez zamanda sağalıb öz silah yoldaşlarının yanına qayıtmaq arzusundadır.

Ailəlidir, 2 övladı var.







FACEBOOK ŞƏRH YAZ