Gürcüstanda son 24 saat ərzində daha 4 780 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa günlük yoluxma sayında rekord qeydə alınıb.
BAKU.NEWS xəbər verir ki, Gürcüstanın “stopcov.ge” portalının məlumatına görə ölkə üzrə koronavirusa yoluxanların sayı 123 min 470 nəfər təşkil edir.
Sutka ərzində daha 37 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1161-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 102 min 270 nəfərdir.
Rusiyada son bir gündə 27 min 543 yeni yoluxma faktı qeydə alınıb.
BAKU.NEWS xəbər verir ki, Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 496 pasiyent ölüb.
Ölkə üzrə ümumilikdə 2 milyon 215 min 533 nəfər insan koronavirusa yoluxub.
Ermənistanda son sutka ərzində daha 1476 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 132 min 346 nəfərə çatıb. Daha 22 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2090-ə çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
• Dünya
• Gündəm
• Koronavirus
Gürcüstanda rekord yoluxma - Qonşu ölkələrdə son vəziyyət

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Füzulinin Zərgər kəndindən görüntülər - VİDEO
-
Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildi
-
Radikallığı təbliğ edən 52 adda kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb
-
Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edildi
-
Məhkəmə Navalnının həbsini qanuni saydı
-
Mehriban Əliyeva Xırdalanda baş verən partlayışla bağlı məsələni nəzarətə götürdü
-
MHP rəsmiləri Şuşada tikiləcək məktəblə bağlı Azərbaycana gəlir
-
“Qarabağ” “Səbail”i darmadağın etdi
-
Cibindən və evindən narkotik tapıldı
-
Ronaldo və sevgilisi karantin qaydalarını pozdu
-
Yoluxanların sayı azaldı
-
İrandan ABŞ-a sərt mesaj