Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə edərək demarkasiya işlərinə başlayıblar.
BAKU.NEWS "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, demarkasiya işləri Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Zod mədəninin ərazisində aparılır.
"Sərhədlərin tam və dəqiq şəkildə müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması üçün son dərəcə vacibdir", - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistanın Silahlı Qüvvələri hərbi bazalarını göstərilən sərhədlərdə yerləşdirəcəklər.
Ermənistanın Müdafiə Nazirliyi bundan əvvəl sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin Kəlbəcərdə qızıl yatağına gəlməsi və oradakı ermənilərdən ərazini tərk etməyi tələb etmələri ilə bağlı yayılan video və məlumatları təkzib edib.
• Qarabağ
• Gündəm
Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanıldı

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI
-
“Hazırda Ermənistanın ordusu yoxdur” - Ovanisyan
-
FHN-dən əhaliyə yanacaqdoldurma məntəqələri ilə bağlı XƏBƏRDARLIQ
-
Tanınmış jurnalist vəfat etdi
-
Tərtərdə minaya düşən traktorçu əməliyyat olunub
-
YAP “Vahid Rusiya” Partiyasına etiraz məktubu ünvanlayıb
-
Qanunsuz beynəlxalq pul köçürmələri edən şəxs həbs olundu
-
Karantini pozaran dönərxana aşkalandı
-
Qazaxıstanda kütləvi peyvəndlənmə 1 fevralda başlayır
-
Mərkəzi Bankdan problemli kreditlərlə bağlı - AÇIQLAMA
-
Peskovdan Navalnının həbsi ilə bağlı daha bir açıqlama
-
Navalnının qardaşı da həbs edildi