Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin qəbul edilməsinə münasibət bildirib.
BAKU.NEWS xəbər verir ki, diplomat Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib.
“Aydın olsun deyə, bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri bunları dedi: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq. Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti sayəsində deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq”, - səfir tvitter səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl Fransa Senatına qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında 145 saylı qərar layihəsi təqdim edilib və noyabrın 25-də layihə müzakirə olunaraq qəbul edilib. 306 senatordan 305-i layihənin lehinə səs verib. Bu qərar layihəsinin əleyhinə səs verən yeganə senator Silviya Qua-Şaven olub.
• Siyasət
• Qarabağ
• Gündəm
Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Baydenin inauqurasiyası başladı - Canlı yayım
-
İranda koronavirusa yoluxanların sayı 57 mini ötdü
-
Zərif Azərbaycana səfər edəcək
-
Azər Həsənsoy: "Operativ Qərargah "operativ" adını doğrultmur"
-
Kəlbəcərin Nadirxanlı kəndindən görüntülər - VİDEO
-
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
-
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəldi - VİDEO
-
Daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
-
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTOREPORTAJ
-
Tramp yeni partiya qurmağa hazırlaşır?
-
Kəlbəcərin icra başçısı 20 Yanvar şəhidinin ailəsini ziyarət edib
-
“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan