Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkə Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.
BAKU.NEWS xəbər verir ki, Fransa XİN yanında dövlət katibi Jan-Batist Lemuan bildirib ki, Qarabağın təktərəfli qaydada tanınması heç kimə - nə Ermənistana, nə də Fransaya fayda verməyəcək. Onun sözlərinə görə, Senatın bu addımı vasitəçilik səylərinə xidmət etmir.
Dövlət katibi, həmçinin qeyd edib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, 10 noyabrda imzalannış atəşkəs razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir.
Xatırladaq ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin hüquqi qüvvəsi yoxdur.
• Siyasət
• Dünya
• Qarabağ
• Gündəm
Fransa XİN Senatın qərəzli qərarına qarşı çıxdı

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
"Baku Steel Company"nin direktoru Rasim Məmmədov həbs olundu - İDDİA
-
Füzulinin Zərgər kəndindən görüntülər - VİDEO
-
Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildi
-
Radikallığı təbliğ edən 52 adda kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb
-
Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edildi
-
Məhkəmə Navalnının həbsini qanuni saydı
-
Mehriban Əliyeva Xırdalanda baş verən partlayışla bağlı məsələni nəzarətə götürdü
-
MHP rəsmiləri Şuşada tikiləcək məktəblə bağlı Azərbaycana gəlir
-
“Qarabağ” “Səbail”i darmadağın etdi
-
Cibindən və evindən narkotik tapıldı
-
Ronaldo və sevgilisi karantin qaydalarını pozdu
-
Yoluxanların sayı azaldı