Dağlıq Qarabağ sözü hazırda rus dilinin təsiri altında ingiliscə “Nagorno-Karabakh” kimi yazılır, amma bu sözün belə variantda yazılışı düzgün deyil.
BAKU.NEWS bildirir ki, bunu Trend-ə Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ rus dilində “Нагорный Карабах” kimi yazılır. Bu toponim ingilis dilində də səhv olaraq, rus dilinin təsiri altında “Nagorno-Karabakh” kimi təqdim edilir.
B.Məhərrəmli əlavə edib ki, artıq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilən “Azərbaycan dilində olan coğrafi adların rus və ingilis dillərinə milli transliterasiya qaydaları”na əsasən, Dağlıq Qarabağın ingilis dilində də “Daghlig Garabagh” kimi yazılması təklif edilir. Yuxarı Qarabağ sözünün isə “Upper Garabagh” kimi deyil, “Yukhari Garabagh” kimi yazılması təklif edilib:
“Toponimin adı qorunub saxlanılmalıdır. Buna görə də Dağlıq Qarabağ toponiminin təklif edilən formada yazılması düzgün olardı”.
• Qarabağ
• Gündəm
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı
-
Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb
-
Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var
-
Filippində hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
-
İran hökuməti koronavirusun dördüncü dalğası ilə bağlı çağırış etdi
-
Fransada etiraz aksiyasında qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb
-
Gəncədə azyaşlı qız dəm qazından boğulub
-
"Erməni ordusunun bərpasına azı 2-3 il lazımdır" - Vazgen Manukyan
-
"Hirkanda baş vermiş yanğın lokallaşdırılıb"
-
“TRT World” 44 günlük müharibəyə həsr edilmiş xüsusi veriliş hazırladı - VİDEO
-
Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər öldü
-
Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi