• Təhsil • Gündəm

Bakı məktəblərində doqquz mindən çox münaqişənin qarşısı alınıb

159
2-05-2019, 16:37

2016-cı ildən bu ilin aprelinə kimi “Məktəblinin dostu” layihəsi çərçivəsində 35 tam orta məktəbdə 9089 münaqişənin qarşısı alınıb. Baku.News-un məlumatına görə, bunu “Məktəblinin dostu” layihəsi ilə bağlı keçirilən tədbirdə layihə rəhbəri Rüstəm Ağayev deyib. Onun sözlərinə görə, layihəyə başlayan zaman Gürcüstan təcrübəsinə müraciət edilib:


“Layihə Bakı şəhərindəki 35 ümumi təhsil məktəbində həyata keçirilir. Məktəblərə 4464 dəfə tibbi yardım göstərilib: Doqquz məktəblinin həyatı xilas edilib və doqquz yanğının qarşısı alınıb. 157 dəfə oğurluq halları aşkarlanıb. Layihə həyata keçiriləndən işlədiyimiz məktəblərdə 90 faiz siqaret çəkilmə halları azalıb. Az sayda siqaret çəkən şagirdlər aşkarlanıb”.

Rüstəm Ağayev orta məktəblərdə şagirdlər arasında psixoloji problemlərin səbəblərindən də danışıb: “Psixoloqa müraciətlərin səbəbi özünəqapanma, psixiatrik problemlər, davranış pozuntusu, qorxu və fobiya, uşaq-valideyn münasibətlərinin pozulması, dezataptasiya problemi və s. olub. Bu müraciətlərdən ən çoxu dezadaptasiya və uşaq-valideyn münasibətindəki problemlər, davranış pozuntusuna görədir. 1113 nəfər psixoloji mərkəzin xidmətindən yararlanıb”.

FACEBOOK ŞƏRH YAZ