Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xalqların Demokratik Partiyasının (HDP) erməni deputatı Qaro Paylanın Ermənistanla bağlı çıxışına sərt cavab verib.
BAKU.NEWS xəbər verir ki, XİN rəhbəri erməni deputatın “Mənim xəyalım var: Türkiyənin Qardaş Azərbaycan dediyi kimi “Qardaş Ermənistan” da deyə bilməsidir” sözlərinə cavab olaraq “Bu günə qədər “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsın” dedinizmi? Heç vaxt “Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Ermənistan oradan çəkilsin” demədiniz”,- deyə cavab verib.
Çavuşoğlu Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların bundan sonra davam edəcəyini və Azərbaycanın danışıqlara hazır olduğunu bildirib.
Rusiya, Ermənistan və Azərbaycanın razılaşma imzaladığını xatırladan Çavuşoğlu, Türkiyənin də yerində yoxlama, araşdırma, hesabatlaşdırma və lazımı addımları atmaqla bağlı Rusiya ilə ayrıca razılaşma imzaladığını qeyd edib.
Türkiyə ve Azərbaycana qarşı tənqidlərin yersiz olduğunu qeyd edən xarici işlər naziri 30 ildir Azərbaycanın torpaqlarının işğal altında olduğunu və müxtəlif atəşkəs razılaşmalarının isə Ermənistan tərəfindən pozulduğunu bir daha xatırladıb.
• Siyasət
• Dünya
• Gündəm
Çavuşoğludan “Qardaş Ermənistan” sözünü eşitmək istəyən deputata reaksiya

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Zərif Azərbaycana səfər edəcək
-
Azər Həsənsoy: "Operativ Qərargah "operativ" adını doğrultmur"
-
Kəlbəcərin Nadirxanlı kəndindən görüntülər - VİDEO
-
Tramp Ağ Evlə vidalaşdı - VİDEO
-
Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəldi - VİDEO
-
Daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
-
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTOREPORTAJ
-
Tramp yeni partiya qurmağa hazırlaşır?
-
Kəlbəcərin icra başçısı 20 Yanvar şəhidinin ailəsini ziyarət edib
-
“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan
-
Prezident Administrasiyasının nümayəndəsi REAL-ın qərargahında
-
"Günay Sığorta" nizamnamə kapitalını 7% artırır