Avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə məcburi deyil”.
BAKU.NEWS xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir: “Əks halda qanunda müvafiq edilmiş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
• Cəmiyyət
• Sosial
• Gündəm
• Koronavirus
DİN avtomobildə maska taxılması məsələsinə aydınlıq gətirib

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı
-
Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb
-
Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var
-
Filippində hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
-
İran hökuməti koronavirusun dördüncü dalğası ilə bağlı çağırış etdi
-
Fransada etiraz aksiyasında qarşıdurmalar olub, polis əməkdaşları xəsarət alıb
-
Gəncədə azyaşlı qız dəm qazından boğulub
-
"Erməni ordusunun bərpasına azı 2-3 il lazımdır" - Vazgen Manukyan
-
"Hirkanda baş vermiş yanğın lokallaşdırılıb"
-
“TRT World” 44 günlük müharibəyə həsr edilmiş xüsusi veriliş hazırladı - VİDEO
-
Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər öldü
-
Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi