Sabiq millət vəkli, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Bakıdakı erməni kilsəsi ilə bağlı maraqlı təklif irəli sürüb.
BAKU.NEWS xəbər verir ki, Ş.Əsgərov Modern.az-a açıqlamasında o qeyd edib ki, kilsənin binası böyük olduğundan onun bir hissəsini erməni vəhşiliyi ilə bağlı rəsmlərə, fotolara ayırmaq olar:
“Hesab edirəm ki, Ermənistanın Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları sübut edən faktlar erməni kilsəsində sərgilənməlidir. Xocalı soyqırımı, ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar, eyni zamanda, son Gəncə, Bərdə faciələri erməni kilsəsində nümayiş etdirilməlidir. Burada fotofaktlarla yanaşı, həmin dəhşətləri yaşadan əşyayi-dəlillər də nümayiş etdirilməlidir.
Biz bununla erməniliyi, onun xislətini elə erməni kilsəsindən dünyaya bir daha çatdırmış olacağıq. Hətta ziyarətə dünyanın bütün dini xadimlərini də dəvət etmək olar. Biz bununla dünyaya çatdıracağıq ki, Bakıdakı erməni kilsəsi qorunur. Və əksər dinlər insanlığa xidmət etdiyi halda erməni kilsəsi insanlığın məhvi üçün çalışır”.
• Cəmiyyət
• Gündəm
Bakıdakı erməni kilsəsi ilə bağlı... - TƏKLİF

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildi
-
Radikallığı təbliğ edən 52 adda kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb
-
Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edildi
-
Məhkəmə Navalnının həbsini qanuni saydı
-
Mehriban Əliyeva Xırdalanda baş verən partlayışla bağlı məsələni nəzarətə götürdü
-
MHP rəsmiləri Şuşada tikiləcək məktəblə bağlı Azərbaycana gəlir
-
“Qarabağ” “Səbail”i darmadağın etdi
-
Cibindən və evindən narkotik tapıldı
-
Ronaldo və sevgilisi karantin qaydalarını pozdu
-
Tərtərdə yer şumlayarkən minaya düşdü
-
ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI
-
“Hazırda Ermənistanın ordusu yoxdur” - Ovanisyan