• Siyasət • Dünya • Qarabağ • Gündəm

Paşinyan Ermənistanın təslim olması sənədinə imza atdı

797
10-11-2020, 02:27

Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atıb.

BAKU.NEWS xəbər verir ki, diplomatik mənbələrdən “Report”a verilən məlumata görə, söhbət Ermənistanın kapitulyasiyasından gedir. 

Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin azad edilməsi 27 sentyabrda başlanmış müharibənin taleyini həll edib. Ötən gün daha 72 kəndin və 8 strateji yüksəkliyin işğaldan azad olunmasından sonra Ermənistan ağ bayrağa qaldırmağa məcbur olub.

Şuşanın azad edilməsindən sonra Nikol Paşinyan Azərbaycan Respublikası Prezidentinin tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb.

Qeyd edilir ki, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə işğalçı ölkənin təslim olunması şərtlərinin uyğunlaşdırılacağı və razılaşmanın imzalanacağı videokonfrans keçiriləcək.

FACEBOOK ŞƏRH YAZ