• Dünya • Gündəm • Koronavirus

İsraildə fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

133
30-10-2020, 04:15

İsrail hökuməti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin müddətini 60 gün, yəni 3 yanvar 2021-ci ilə qədər uzadıb.

BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş Nazirinin Dəftərxanası bildirib.

“Nazirlər Kabineti koronavirusa görə fövqəladə vəziyyəti 60 gün müddətinə - 5 noyabr 2020-ci il tarixindən 3 yanvar 2021-ci ilə qədər - uzadılması haqqında qərar qəbul edib”, - məlumatda deyilir. Dəftərxanada qeyd ediblər ki, bu qərar ölkənin Knesseti (parlamenti) tərəfindən təsdiq olunmalıdır.

Bundan başqa, Koronavirus üzrə Hökumət Komissiyası noyabrın 1-dən etibarən məktəblərin aşağı siniflərində dərslərin yenidən başlanmasına qərar verib.

FACEBOOK ŞƏRH YAZ