• Qarabağ • Gündəm • Hərbi

“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını açıqladı - FOTOLAR

134
29-10-2020, 23:10

Daha xarici media orqanı ermənilərin Azərbaycanın Bərdə şəhərinə raket hücumu zamanı kasetli bombalardan istifadə etdiyini açıqlayıb.

BAKU.NEWS xəbər verir ki, ABŞ-ın VICE News kanalı da 21 nəfərin ölümünə səbəb olan hücum zamanı Rusiya istehsalı olan və qadağan edilmiş kasetli döyüş sursatından istifadə olunduğunu təsdiqləyib.

Hücumdan bir neçə saat sonra aparılan araşdırmalar zamanı “Amnesty International”ın hərbi mütəxəssisi Brian Kastner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerch” raket qalıqlarını və onun təsir dairəsini aşkar ediblər.

Qeyd edilir ki, xəstəxana və mülki yaşayış evləri daxil olmaqla  atəşə məruz qalmış ərazilər araşdırılıb və yerdəki kiçik dairəvi kraterlər həmin raketdən istifadə olunduğunu göstərir.
Həmçinin, vurğulanır ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimlərdə olan 12 nəfərin meyitini müşahidə ediblər. Onların üzərində dəridə yanıqlar, əzaların qopması faktını aşkarlayıblar ki, bu da partlayış xəsarətlərinə uyğundur.

Qeyd edək ki, “Amnesty International”ın böhrana cavab mütəxəssisləri şəkillərə əsasən şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyiblər.

FACEBOOK ŞƏRH YAZ