• Siyasət • Dünya • Gündəm

Lukaşenko DİN rəhbərini işdən çıxardı

144
29-10-2020, 14:47

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni Daxili İşlər naziri təyin edib, həmçinin güc strukturlarında bir sıra kadr dəyişiklikləri həyata keçirib.

BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, Lukaşenko Daxili İşlər naziri Yuri Karaevi istefaya göndərib və onun yerinə Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin rəisi İvan Kubrakov təyin olunub.

Yuri Karayev isə Lukaşenkonun Qrodno bölgəsi üzrə köməkçisi vəzifəsinə gətirilib.

Bundan əlavə, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik Brest bölgəsi, Aleksandrr Barsukov isə Minsk bölgəsi üzrə Prezidentin köməkçisi təyin olunub.

FACEBOOK ŞƏRH YAZ