• Siyasət • Dünya • Gündəm

"ABŞ-da mətbuat azadlığı yoxdur" - Tramp

175
29-10-2020, 09:16

ABŞ prezidenti Donald Tramp ölkə mətbuatını kəskin tənqid edib.

BAKU.NEWS xəbər verir ki,  bu barədə ABŞ lideri özünün tvitter hesabında yazıb.

“ABŞ-da mətbuat azadlığı yoxdur. Bizdə hadisələrə görməzdən gəlmək və ya feyk (uydurma - Red) xəbərlər var. Son iki həftə ərzində mediamızın nə qədər rüşvətxor olması barədə çox şey öyrəndik. Media və böyük texnoloji şirkətlər Baydenin korrupsianer olduğunu işıqlandırmır”-  deyə o, bildirib.  

Qeyd edək ki, Tramp dəfələrlə Amerika mediasını prezident seçkilərində rəqibi, demokrat Cozef Baydenin ailəsinin korrupsiya əməllərini ört-basdır etməyə çalışmaqda günahlandırıb.

FACEBOOK ŞƏRH YAZ