• Siyasət • Hadisə • Qarabağ • Gündəm

Türkiyə XİN-dən Bərdəyə raket atılmasına reaksiya

140
27-10-2020, 22:34

Ermənistanın oktyabrın 26-da elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanda cəbhə bölgəsindən uzaqda mülki yaşayış yerlərini hədəfləyən davamlı hücumları ilə bütün insani və əxlaqi dəyərləri ayaqlar altına atmaqdadır.

BAKU.NEWS xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlamada deyilir: “Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatları Bərdə şəhərinə endirdiyi raket zərbələri ilə biri iki yaşında uşaq olmaqla, dörd mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləyirik. Ermənistanın insanlıq əleyhinə hücumlarını ən kəskin şəkildə qınayır, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə “dayan” deməyə çağırırıq.

Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsi bizi düşündürür”.

FACEBOOK ŞƏRH YAZ