• Dünya • Gündəm • Koronavirus

İranda rekord göstərici

153
20-10-2020, 07:50

İranda son sutka ərzində koronavirusdan ölənlərin sayı rekord sayda – 337 nəfər artıb.

BAKU.NEWS “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bununla da İranda koronavirus qurbanlarının sayı 30 712-yə çatıb.

Bundan başqa, son 24 saat ərzində ölkədə 4 251 yoluxma halı qeydə alınıb ki, bu da xəstələrin ümumi sayını 534 631-ə yüksəldib.

Qeyd edək ki, oktyabrın 3-dən ölkənin paytaxtı Tehranda məhdudiyyətlər sərtləşdirilib: məktəblər, məscidlər, mağazalar, restoranlar və digər ictimai müəssisələr bağlanıb. Bundan başqa, maska taxmaq məcburidir, bu qaydanın pozulmasına görə cərimə tətbiq olunur.

FACEBOOK ŞƏRH YAZ