• Siyasət • Qarabağ • Gündəm

Paşinyanın ümidi yeni kadrlara qalıb

1 138
16-10-2020, 15:55

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədəki gərgin vəziyyət fonunda kadrlarını dəyişməyə davam edir. 

BAKU.NEWS xəbər verir ki, Paşinyanın imzaladığı fərmanla Ara Ayvazyan Xarici İşlər nazirinin müavini təyin edilib.

Bundan əvvəl Ayvazyan Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Xarici İşlər nazirinin eks-müavini Qrigor Ovannisyan bu ilin aprel ayında vəzifəsindən uzaqlaşdırılmışdı.

FACEBOOK ŞƏRH YAZ